Qəbələdə faciəvi hadisə - ÖLƏN VAR

Baxış sayı:
4198

İyulun 9-da saat 15 radələrində Qəbələ rayonunda ağır yol qəzası baş verib.

Muxalifet.az xəbər verir ki, Hacallı kəndi ərazisində Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.