HƏSƏNOVUN VƏ SƏFƏRLİNİN QƏZETLƏRİ KƏNARDA QALDI - Maliyyə yardımı alan KİV-lərin siyahısı açıqlandı / YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.
Belə ki, müsabiqə qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılıb və 18 qəzet müxtəlif sahələr üzrə qalib elan olunub. Bunlar, “Yeni Azərbaycan”, “Səs”, “Şərq”, “525-ci qəzet”, “Yeni Müsavat”, “Bakı-Xəbər”, “Azernews”, “Novoye Vremya”, “Xalq Cəbhəsi”, “Hürriyyət”, “Ədalət”, “Azad Azərbaycan”, “Türküstan”, “Olaylar”, “Paralel”, “Unikal”, “Həftə içi” və “Nedelya” qəzetləridir.
Maraqlıdır ki, qəzətlərin hər birinə nə qədər vəsait ayrıldığı açıqlanmayıb. İlk dəfədir ki, hər qəzetin dövlətdən nə qədər vəsait alacağı gizli saxlanılıb.
Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, siyahıda Prezidentin sabiq köməkçisi Əli Həsənovun ailəsinə və KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərliyə məxsus qəzetlərin adları yoxdur.
Belə ki, hər il dövlətdən yüksək maliyyə yardımı alan Əli Həsənovun ailəsinə məxsus “Kaspi” qəzeti (həm rus, həm də Azərbaycan dili redaksiyaları üçün ayrılıqda pul ayrılırdı – red.) və təsisçisi Vüqar Səfərlinin oğlu olan “Mövqe” qəzeti bu dəfə siyahıdan kənarda saxlanılıb.
Xatırladaq ki, Vüqar Səfərlinin quruma rəhbərlik etdiyi dövrdə adıçəkilən qəzetlərin hər birinə ildə 240 min manat vəsait ayrılırdı./Azpolitika.info
**
KİVDF 18 qəzetə maliyyə yardımı ayırdı - SİYAHI
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilən müsabiqənin nəticələrini elan edib.
KİVDF-dən “Report”a verilən məlumata görə, ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb.
Həmin qəzetlərin siyahısını təqdim edirik:
№ | Qəzetin adı | Qalib elan olunduğu sahə |
1. | “Yeni Azərbaycan” qəzeti | 1) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi 2) Azərbaycançılıq ideyasının təbliği 3) Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi |
2. | “Səs” qəzeti | 1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 2) Azərbaycançılıq ideyasının təbliği 3) Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması |
3. | “Şərq” qəzeti | 1) Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 2) İctimai və dövlət maraqlarının müdafiəsi 3) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
4. | “525-ci qəzet” | 1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 2) Gənc nəslin milli mənlik süurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi 3) Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması |
5. | “Yeni Müsavat” qəzeti | 1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 2) Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili 3) Uşaq və gənclərin fiziki və mənəvi inkişafı |
6. | “Bakı-Xəbər” qəzeti | 1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 2) Azərbaycançılıq ideyasının təbliği 3) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
7. | “Azernews” qəzeti | 1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 2) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi |
8. | “Novoye Vremya” qəzeti | 1) Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili 2) Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması |
9. | “Xalq Cəbhəsi” qəzeti | 1) Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu 2) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
10. | “Hürriyyət” qəzeti | 1) İctimai və dövlət maraqlarının müdafiəsi 2) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
11. | “Ədalət” qəzeti | 1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 2) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
12. | “Azad Azərbaycan” qəzeti | 1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
13. | “Türküstan” qəzeti | 1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
14. | “Olaylar” qəzeti | 1) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
15. | “Paralel” qəzeti | 1) Ekologiya və ətraf mühitin müdafiəsi |
16. | “Unikal” qəzeti | 1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
17. | “Həftə içi” qəzeti | 1) Ekologiya və ətraf mühitin müdafiəsi |
18. | “Nedelya” qəzeti | 1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |