Türkiyədə daha 930 nəfərdə koronavirus aşkarlandı - 18 NƏFƏR DƏ ÖLDÜ

Baxış sayı:
1660

Son bir gündə Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb.

Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 648 nəfərə çatıb.

Ötən bir gündə ölkədə daha 930 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 168 340 nəfərdir.

Son sutkada 1 622 nəfər sağalaraq evə buraxılıb. Bununla da ölkədə virusdan sağalanların ümumi sayı 133 400 nəfərə çatıb.