"Məni danışdırmayın, əskim tüstülüdür" - Bayram Səfərov icra başçılarının həbsindən danışmaq İSTƏMƏDİ

Baxış sayı:
2476

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov son günlər korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən mübarizə ilə bağlı danışmaqdan imtina edib. 

Bayram Səfərov Demokrat.az-ın sualına cavabında icra başçılarının həbsindən danışmaq istəmədiyini bildirib.

O, fikirlərini belə əsaslandırıb: "İcra başçılarının həbsi ilə bağlı mənə sual verməyin, mən o səlahiyyətdə deyiləm. Siz bu barədə deputatlara sual verin. Xahiş edirəm ki, məni danışdırmayın, mənim əskim tüstülüdür".