Türkiyədə problemlə üzləşən vətəndaşlara yardım imkanları nəzərdən keçirilir - SƏFİRLİKDƏN AÇIQLAMA
“Bütün dünyada, o cümlədən Azərbaycanda yayılmış koronavirus pandemiyası ilə bağlı Azərbaycan Prezidentinin tapşırığı əsasında vətəndaşlarımızın sağlamlığının təmin olunması üçün zəruri və təxirə salınmaz tədbirlər görülür”.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin yaydığı məlumatda bildirilib.
“Türkiyədə də koronavirus pandemiyası ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən burada yaşayan bəzi Azərbaycan vətəndaşları, xüsusilə də öz hesabına Türkiyədə təhsil alan tələbələrimizin müəyyən bir qismi məişət və inzibati zəminli müxtəlif problemlərlə üzləşib.
Qeydiyyat formasına keçid: https://tinyurl.com/rlpgpa2
Azərbaycanın Türkiyədəki səfirliyində müraciətlər təhlil olunduqdan sonra yardıma ciddi ehtiyacı olan vətəndaşlarla əlaqə saxlanılacaq və ehtiyacdan asılı olaraq onlar üçün Türkiyədə hazırda olduqları ərazidə yaşayış yeri və ya gündəlik qida təminatının təşkil edilməsi imkanlarına baxılacaq.
Yuxarıda qeyd olunmuş kateqoriyalara daxil olmayan vətəndaşlarımızın müraciət etməmələri ilə bağlı anlayışlarına görə öncədən təşəkkür edirik”, - deyə məlumatda qeyd olunub./apa