Kəmaləddin Heydərov 51 yaşlı generalı işdən çıxardı - FOTO
10-12-2019 15:30
Baxış sayı:
5605
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub. Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib. Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. Xatırladaq ki, işdən çıxarılan general 06.04.1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.