Azərbaycan şəhərində gərginlik: Meriyaya OMON yeridildi

Bir neçə saat əvvəl Dərbənd meriyası Moskvadan gətirilmiş OMON tərəfindən mühasirəyə alınıb.

Bu barədə Axar.az-a Dərbənddəki mənbələrdən məlumat verilib.

Mənbə hazırda Administrasiya binasında şəhər torpaqlarının düzgün paylanılması ilə bağlı sənədlərin yoxlanıldığını bildirib. O, hazırda binanın yaxınlığına heç kimin buraxılmadığını söyləyib. Dərbəndin rəhbəri olan İmam Yaraliyev isə hələlik işə gəlməyib.

Mənbə torpaqların paylanılması ilə Dərbənddə çoxlu pozuntuların olduğunu bildirib. O, Yaraliyevə cinayət işi açılacağı halda Dərbənd rəhbərliyinə azərbaycanlının gətiriləcəyini vurğulayıb.

Qeyd edək ki, İmam Yaraliyev milliyətcə ləzgidir. O öz şovinistliyi ilə tanınır. Bir müddət öncə onun azərbaycanlıların mədəniyyət abidələrinə edilən hücumların təşkilatçılarını müdafiə etməsi ilə bağlı informasiyalar yayılmışdı.