Sumqayıtda bəzi küçə və prospektlər BAĞLANACAQ
18-11-2019 22:01
Baxış sayı:
10642
Noyabrın 19-da Sumqayıtın 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək. Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin sözçüsü, polis kapitanı Elçin Qasımov məlumat verib. Belə ki, bayram tədbiri ilə bağlı həmin gün şəhərin Sülh prospekti ilə Koroğlu, Bakı, Nəriman Nərimanov, o cümlədən Heydər Əliyev prospektinin kəsişmələrində və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər.