Əli İnsanovun qardaşı vəfat edib
26-10-2015 13:20

Sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd Binnət oğlu İnsanov vəfat edib. Bu barədə “AzPolitika”ya Deportasiya Qurbanları Cəmiyyətindən məlumat verilib.
Cəmiyyət sabiq səhiyyə naziri Əli İnsanova, eləcədə İnsanovlar ailəsinə dərin hüznlə başsağlığı verir, mərhumun ailəsinə səbir diləyir.