Azərbaycanda daha bir süpürgəçi qadın maşının altında can verdi
3-11-2019 14:51
Baxış sayı:
5612

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb. Hadisə şəhərin Sahil küçəsində baş verib. Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı keçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.(Report)