Ruslar Suriyada 6 azərbaycanlı uşaq və 2 qadını öldürdü
18-10-2015 13:47

İŞİD üzvü olan azərbaycanlıların ailə üzvləri - 2 qadın və 6 uşaq Rusiya təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
APA TV-nin Syriahr.com-a istinadən xəbərinə görə, bu barədə Suriya insan haqları fəalları məlumat yayıb.
Hadisənin İŞİD nəzarətində olan əl-Mədain şəhərindəki çoxmərtəbəli binaya raket atılması nəticəsində baş verdiyi bildirilir.