Bakıda özünü öldürmək istəyən şəxs xilas edildi
23-10-2019 15:45
Baxış sayı:
5128

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər ikimərtəbəli evin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Muxalifet.az nazirliyə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.