Gürcüstanda etiraz aksiyası keçirilib – Baş Nazirin istefası tələb olunur
22-10-2019 10:58
Baxış sayı:
6172

Tbilisidə İpək Yolu Forumunun keçirildiyi ərazidə etiraz aksiyası keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, aksiya iştirakçıları Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın istefasını tələb ediblər.
Etirazçılar Baş Nazirin iyunun 20-21-də Tbilisidə parlamentin binası qarşısında baş verən polis-vətəndaş qarşıdurmasına görə məsuliyyət daşıdığını bildiriblər.
Qeyd edək ki, aksiyanın keçirildiyi vaxtda Baş Nazir G. Qaxaria forumda çıxış edib.