SON DƏQİQƏ: "Mehmetcik"dən AĞIR ZƏRBƏ, dəhşətli sirr açıldı, bir qrup erməni... - FOTO

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Sülh çeşməsi" (Barış pınarı" əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 702 terrorçusu zərərsizləşdirilib.
Publika.az "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.
***
17:43
Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun birgə təşkil etdiyi "Sülh çeşməsi" hərəkatı çərçivəsində ağır zərbələr alan və 700-ə yaxın üzvünü itirən PKK/YPG terror təşkilatlarına ermənilərin dəstək verdiyi iddia olunur.
Bir qrup erməninin Suriyada terrorçuların cəbhəsində döyüşməsinə dair fotolar sosial mediada yayılıb.
***
17:14
“Sülh çeşməsi” hərəkatı çərçivəsində YPG terrorçularının lağlağıya çevrilən fotoları çəkilib.
Ras əl Eyn şəhərində çəkilən fotoda YPG-li snayperçinin durbin qapağını açmadan nişan alıb atış etdiyi əks olunub.
Silahın Amerika istehsalı olduğu bildirilir.