Erməni təyyarəsi qəzaya uğradı- FOTO / VİDEO
10-10-2019 19:38
Baxış sayı:
9754

Ermənistana məxsus təyyarə Somalinin paytaxtı Moqadişidə qəzaya uğrayıb.
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının Ermənistan mülki aviasiya idarəsinə istinadla yaydığı məlumata görə, “Mars-Avia” şirkətinə məxsus “ Аn-74 EK 74008” markalı uçaq oktyabrın 9-u yerli vaxtla saat 11:20-də Moqadişi hava limanında şassiləri açılmadan qəza enişi edib. Təyyarədə yalnız uçuş heyəti olub. Xəsarət alan olmayıb.