Bakı yollarında “Qarabağ Azərbaycandır!” mesajı - FOTOLAR
9-10-2019 20:04
Baxış sayı:
13759

Bakıda yerləşən elektron məlumat tablolarında Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” mesajı yayımlanıb.
Bakı Nəqliyyat Agentliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bu, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə reallaşıb.
Məqsəd Prezidentin mesajını daha geniş auditoryaya çatdırımaqdan, insanların bu çağırış ətrafında birləşməsini təmin etməkdən ibarətdir.