RÖVNƏQ ABDULLAYEV "QOÇU"LARINI MÜDAFİƏ ETDİ - "Bilinmir ki, onlar qazilərdir, ya yox"
1-10-2019 18:02
Baxış sayı:
29285

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, millət vəkili Rövnəq Abdullayev Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında yaranan davadan danışıb. Muxalifet.az-ın məlumatına görə, unikal.org-a açıqlama verən Rövnəq Abdullayev bildirib ki, baş verən hadisədən xəbərdardır: “Bu barədə məlumatım var. Baş verən hadisədə iştirak edən şəxslər hələ dəqiq bilinmir ki, qaziləridir, ya yox. Bütün hallarda dövlət məmuruna əl qaldırmaq ağır cinayətdir”.