Hindistandan ƏZƏLƏ NÜMAYİŞİ: yeni raketin...
17-09-2019 22:02
Baxış sayı:
9952

Hindistan Silahlı Qüvvələri Odişa ştatında “Astra” sinfinə məxsus yeni “hava-hava” tipli raketi sınaqdan keçirib.
Publika.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi sınağın uğurla başa çatdığını bildirib.
Qeyd olunur ki, raket Su30-MKİ qırıcısından buraxılıb və yüksək dəqiqliklə havada hərəkət edən hədəfi vurub.