​Xanım jurnalistlər yenə “bandotdel”ə çağırıldı

Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər yenidən istintaqa çağırılıb.
Bu barədə “Azadlıq”a həmin jurnalistlərdən Sevinc Vaqifqızı məlumat verib.
Jurnalist bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq bölməsinin rəis müavini, sentyabrın 19-da onları dindirmiş Murad Quliyev zəng edərək, yenidən ifadə verməyə çağırıb.
Sevinc Vaqifqızı ilə yanaşı, Aytən Fərhadova və Izolda Ağayeva da bu gün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə (“bandotdel”) ifadə verməyə gedəcək.