Dünya ulduzu "Qalatasaray"da!
31-08-2019 23:10
Baxış sayı:
11833
İstanbulun "Qalatasaray" klubu kolumbiyalı dünya ulduzu Radamel Falkao ilə müqavilə imzalayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 2 aydan artıq bir müddətdir ki, "Monako" klubu ilə aparılan danışıqlar nəhayət, müsbət yekunlaşıb. Transfer üçün heç bir pul ödəməyən Cimbom Falkao ilə 3+1 illik müqavilə imzalayıb. Ulduz sabah İstanbula gələcək.