Aleksey Navalnıy azadlığa buraxılıb
23-08-2019 12:07
Baxış sayı:
4999
Rusiyada müxalifət lideri Aleksey Navalnıy azadlığa buraxılıb.
APA-nın xəbərinə görə, bu barədə müxalifət liderinin mətbuat katibi Kira Yarmiş “Twitter” səhifəsində məlumat verib.
Qeyd edək ki, Aleksey Navalnıy Rusiyada gələn ay keçiriləcək yerli seçkilərdə müxalifətdən olan namizədlərin qeydiyyata alınmaması ilə əlaqədar Moskvanın mərkəzində insanları nümayişlər keçirməyə çağıraraq qanunları pozmaq da ittiham olunaraq, 30 sutkalıq həbs edilmişdi.