“Nike” firması ayaqqabının altına elə bir şey yazdı ki.. Müsəlmanlardan böyük təpki!

Amerikan idman geyim markası “Nike”-ın bazara çıxardığı yeni idman ayaqqabı modelinin altında Ərəbcə "Allah" yazısını xatırladan bir loqonun istifadə edilməsi Müsəlmanların təpkisinə səbəb olub.
“Change.org" adlı internet saytında başlanılan kampaniyada “Nike”-ın yeni Air Max seriyasının altına yerləşdirdiyi loqo Ərəbcə "Allah" yazısını xatırladan simvollar olduğuna diqqət çəkilib.
14 MİN İMZA TOPLANDI: MƏHSULLARI BAZARDAN ÇƏKİN VƏ GERİ QAYTARIN
“Nike”-a sözügedən seriyanı bazardan çəkmə və satılan məhsulları geri qaytarma çağırışı edilən aksiyada təxminən 14 min imza toplanıb.
Kampaniyanı başladan Saiqa Noreen, kampaniya səhifəsində, "Nike-ın “Allah” adını bir ayaqqabının üzərində yerləşməsinə icazə verməsi çirkin və dəhşətlidir. Bu Müsəlmanlara qarşı bir hörmətsizlik və olduqca narahat edicidir, eyni zamanda İslamı da alçatmaqdır" deyə yazıb.
“NIKE”-dan AÇIQLAMA
ABŞ mətbuatına açıqlama verən bir “Nike” rəsmisi sözügedən loqonun Air Max markasının bir variantı kimi nəzərdə tutduğunu vurğulayaraq, "Nike, bütün dinlərə hörmət edir və bu məsələdəki narahatçılıqları ciddiyə alırıq. Həmin loqo Air Max markasının stilizə edilmiş bir təqdimatı olması üçün nəzərdə tutulub. Burada yeganə məqsəd Air Max markasını əks etdirməkdir" deyib.
Müxalifət.az