​Netanyahu Nalbəndyanla QARABAĞDAN DANIŞDI

İsrailin Baş naziri Benyamin Netanyahu Ermənistanın Xarici işlər naziri Edvard Nalbəndyanla Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, Edvard Nalbəndyan ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin tənzimlənməsi istiqamətində səylərindən danışıb.
Qeyd edək ki, İsrailin Baş naziri və Xarici İşlər naziri Benyamin Netanyahunun dəvəti ilə Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan noyabrın 6-7-də İsrailə səfər edib. O, bu dövlətin müxtəlif səviyyəli rəsmiləri ilə görüşlər keçirib.