"Əndamın yansın, Roza" - Aparıcı efirdə özünü saxlaya bilmədi - FOTO

Baxış sayı:
5749

Xarici görünüşü ilə tez-tez dünya ulduzları ilə müqayisə edilən Roza Zərgərli "Hər şey daxil"in efirində qonaq olub. Milli.Az xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) xanım ifaçını studiaya dəvət edərkən "Səhər-səhər durublar, indi işdə sənə baxırlar. Bəh-bəh, əndamın yansın, Roza. Qızıl vazalar olur e, ona dönmüsən" ifadələrini işlədib. Rozanın Tolikə cavabı gecikməyib: "Ürəyim, deyirsən e, baxırlar... Hamısı sənə alqış edirlər ki, nə gözəl qız çıxartmısan, nə gözəl müğənnidir. Alqış da sənə düşür".