Nəcməddin Sadıqov Təl-Əvivə, Məhəmməd Bageri Bakıya...
29-10-2018 10:53
Baxış sayı:
6208

İran silahlı qüvvələrinin Baş qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Bageri yaxın günlərdə Bakıya rəsmi səfər edəcək. Virtualaz.org xəbər verir ki, bu haqda İranın yarırəsmi “Mehr” agentliyi bildirir. Məluata əsasən Məhəmməd Bageri Bakıya Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə gəlir. İki gün davam edəcək səfər zamanı İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq məsələləri, birgə sərhəd əməkdaşlığı, terrorçuluqla mübarizə və “regional hadisələr” müzakirə olunacaq. General Bageri bu vəzifəyə təyin olunandan bəri ilk dəfədir Bakıya səfər edir. Xatırladaq ki, ötən həftə Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov İsrailə səfər edib.