Nazirlikdən sürüşmə ilə bağlı yeni xəbər
13-10-2018 23:04
Baxış sayı:
2041

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın apardığı müşahidələrin nəticəsi açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib. Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir.
Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir.