Nazirdən qaçan məhbuslarla bağlı AÇIQLAMA

Ötən ay 2 təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərdi. Nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində həbsdən qaçmış şəxslərdən biri Penitensiar Xidmət tərəfindən tutulub, digəri isə polis orqanları tərəfindən zərərsizləşdirilib.
Muxalifət.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.
"Eyni zamanda, xidməti yoxlama aparılaraq qanun pozuntularına və digər nöqsanlara yol verən əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb olunub, fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır. Penitensiar Xidmətin fəaliyyətində nizam-intizamın, əməliyyat-rejim və mühafizə tədbirlərinin, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsi ilə bağlı təsirli tədbirlər müəyyən edilərək həyata keçirilir", - deyə nazir 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı günü münasibəti ilə yazdığı məqaləsində qeyd edib.