NATO QARABAĞDA RUSİYA İLƏ ÜZ-ÜZƏ! – Alyans Rusiyanın hərbi mövcudluğunu genişləndirməsindən narahatçılıq keçirir...

Baxış sayı:
1491

Türkiyənin simasında NATO Qarabağda Rusiya ilə üz-üzədir və şübhəsiz ki, NATO Rusiyanı bölgədə sıxışdırmağa çalışacaq. Bu isə bizim üçün müsbət sonluqla bitə bilər. Yəni Cənubi Qafqaz birdəfəlik Rusiyanın caynağından xilas ola bilər.
Rusiyanın Qarabağda 2 minə yaxın hərbi qulluçu, xeyli silah-sursat və texnika yerləşdirməsi NATO rəhbərliyini ənidəşəyə salıb. Artıq Alyansın Baş katibi Yens Stoltenberq açıqlamasına görə, xarici işlər nazirləri dekabrın 1-2-də videokonfrans formatında keçiriləcək Şimali Atlantika Şurasının iclasında Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər. Aydın görünür ki, regionu öz nufuz dairəsinə salmağa cəhd edən Alyans bundan ciddi narhatçılıq keçirir. Hətta NATO-nun baş katibinin açıqlamasına görə, nazirlər iclas zamanı Rusiyanın Alyans ətrafında hərbi fəallığının genişləndirilməsinə cavab olaraq daha nələr edə biləcəklərini müzakirə edəcəklər: “Rusiya nüvə arsenalını müasirləşdirir və yeni raketlər buraxır, uzaq şimaldan Liviya və Suriyaya qədər yeni qüvvələr ortaya qoyur. Biz həmçinin Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiyanın hərbi mövcudluğunu artırdığını görürük”.
Baş katibin açıqlamasından belə məlum olur ki, Rusiyanın hərbi mövcudluğunu genişləndirilməsinə qarşı NATO ciddi addımlar atacaq. Çünki Cənubi Qafqazda Gürcüstan artıq NATO-ya inteqrasiya istiqamətində addımlar atsa da, amma Azərbaycanla Ermənistanı hələ özünün nüfuz dairəsinə sala bilmir. Məlumdur ki, bunun da səbəbi hər iki ölkəyə təsir etmək üçün Rusiyanın illərdir yaratdığı Qarabağ problemidir. İndi də bölgəyə yenidən “sülhməramlı” adı ilə silahlı qüvvələrini yerləşdirən Rusiyanın bir amalı var ki, hər iki ölkə əbədi olaraq onun təsir dairəsində qalsın və istədiyi kimi bölgənin geostrateji imkanlarından yararlansın, həmçinin sərvətlərindən istifadə etsin.
Doğrudur, üçtərəfli bəyannaməyə əsasən, Rusiya silahlı qüvvələri bölgədə ilkin mərhələdə 5 il qalmalıdır. Tərəflərdən biri istəmədiyi təqdirdə, həmin vaxtdan sonra bölgəni tərk etməlidir. Amma Rusiya bölgədən çıxmamaq üçün min bir bəhanə gətirməklə, regionda dövranını sürdürməyə  çalışacaq. Burada Rusiyanın dövranını bitirməyə çalışan qüvvə isə yalnız qardaş Türkiyə dövləti ola bilər ki, o, eyni zamanda NATO üzvüdür. Bu baxımdan, NATO rəhbərliyinin Rusiyanın hərbi mövcudlğunu genişləndirməsindən əndişyə düşməsi, əslində, bizim üçün çox xeyirlidir. Təbii ki, burada Türkiyənin digər NATO üzvü olan ölkələrlə əməkdaşlığı vacib şərtdir.

Yeri gəlmişəkən, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza bir neçə gün öncə, türk ordusunun bölgədə iştirakı ilə bağlı verdiyi açıqlamada Türkiyə vasitəsilə NATO-nun bölgədə olduğunu aşkar ifadə edir: “Rus sülhməramlıların yerləşdiyi ərazilərdə Türkiyə hərbi qüvvələrinin Azərbaycanda hər hansı bir barışıq əməliyyatında mövcudluğu sadəcə Azərbaycan üçün deyil, bütün NATO ölkələri üçün müsbət amildir. Son iki əsrdir ki, Türkiyə öz dəstələrinin Cənubi Qafqazda yerləşdirilməsini istəsə də, Rusiya buna həmişə mane olurdu. Bu dəfə isə Rusiya İlham Əliyev və Azərbaycanın təkidi ilə bunu qəbul etməli oldu. İndiki reallığa görə isə NATO-nun ən güclü ikinci ordusuna malik olan Türkiyənin bölgəyə sülhməramlı qüvvə göndərməsi və ya regiondakı mövcudluğu, NATO üçün böyük geosiyasi məqamdır”. Yəni NATO rəhbərliyinin artıq Qarabağla bağlı müzkirələrə başladığını və keçmiş səfirin də söylədiklərini nəzərə alsaq, Türkiyənin simasında NATO Qarabağda Rusiya ilə üz-üzədir və şübhəsiz ki, NATO Rusiyanı bölgədə sıxışdırmağa çalışacaq. Bu isə bizim üçün müsbət sonluqla bitə bilər. Yəni Cənubi Qafqaz birdəfəlik Rusiyanın caynağından xilas ola bilər.
Şamo EMİN,
Mediadunya.com