​"NATO layiqli cavabını alacaq" - TÜRKİYƏLİ NAZİR

Türkiyə NATO təlimlərində yaşanan insidenti cavabsız qoymayacaq.
Muxalifət.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
N.Canikli qeyd edib ki, NATO Norveçdə keçirilmiş təlimlərdəki insidentlə bağlı layiqli cavabını alacaq.
Qeyd edək ki, bir müddət əvvəl Alyansın təlimlərində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Prezident Rəcəb Tayyib Ərdoğanın fotoları "şərti düşmən" stendində əks olunmuşdu./trend/