NATO-dan Suriya əməliyyatı ilə bağlı VACİB AÇIQLAMA: Türkiyə...

Baxış sayı:
7801

“Türkiyə ittifaqımızın güclü üzvüdür. O, çox çətin bir bölgənin sərhədində yerləşir. NATO-nun Türkiyə ilə ortaq düşməni İŞİD-dir. Suriyada həbsdə olan İŞİD-çilərin qaçmasına icazə verilməməlidir. Türkiyənin aldığı S-400 NATO üzvü olan digər ölkələrin təyyarələri ilə uyğunsuz ola bilər. Lakin Türkiyənin təhlükəsizliyini təmin etmək bizim vəzifəmizdir”.
Muxalifet.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə səfəri zamanı mətbuat konfransında açıqlayıb.
“YPG-ni terror təşkilatı olaraq görürsünüzmü” sualına baş katib belə cavab verib: “NATO-nun terror təşkilatları siyahısı yoxdur. İŞİD-ə qarşı mübarizədə koalisiya kimi hərəkət etdik. Bölgədə İŞİD-ə qarşı əldə etdiyimiz qazanclar təhlükəyə atılmamalıdır. YPG məsələsində müttəfiqlərimizlə fikir birliyi müzakirə mövzusu deyil. Suriyada NATO yoxdur”.
Stoltenberq ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi təqdirində NATO-nun mövqeyini açıqlayıb: “Ehtimallar üzərindən danışmağımız doğru deyil. Türkiyə əhəmiyyətli və güclü NATO müttəfiqidir”.