Ən təsirli koronavirus peyvəndi… -TİBB ALİMLƏRİ BU PEYVƏNDİN 76 DƏFƏ ÇOX TƏSİRLİ OLDUĞUNU ORTAYA ÇIXARDI…

Baxış sayı:
598

İki ilə yaxındır ki, bütün dünya ölkələri koronavirusun cəngindən xilas ola bilmir. Bu müddət ərzində virusa qarşı bir çox peyvənd hazırlanıb. Elm dünyasından gələn son xəbərlərə görə, virusa qarşı ən çox antikor istehsal edən peyvəndin adı da bəlli olub.

Qafqaz.media xəbər verir ki, bunu ABŞ Milli Sağlamlıq İnstitutu (NIH) tərəfindən maliyyələşdirilən araşdırmanın nəticələri ortaya qoyur.

Belə ki, araşdırmaçılar əsasən 3 peyvəndin – “Pfizer”, “Moderna” və “Johnson & Johnson” (J&J) üzərində dayanıblar. Araşdırma çərçivəsində hansı peyvəndin gücləndirici bir doz olaraq verildiyində daha təsirli olduğu müəyyən edilib. Məlumata görə, J&J ilə aşılanan insanlarda antikor səviyyəsi 4 dəfə, “Pfizer”dən sonra 35 dəfə və “Moderna”dan sonra 76 dəfə artıb.

Qeyd edək ki, ümumilikdə 458 nəfərin üzərində araşdırma aparılıb. Tibb alimləri onlara vurulan gücləndirici dozalardan 15 gün sonra antikor səviyyələrini təhlil edərək, bu nəticəyə gəlib.

Bununla birlikdə, sözügedən araşdırma hələ də elmi-tədqiqat komitəsi tərəfindən təsdiqlənməyib.