"MÜBARİZ MƏNSİMOVUN TƏQSİRİ SÜBUTA YETİRİLMƏYİB" - Vəkilindən açıqlama

Baxış sayı:
2053

“Palmali Holding” şirkəti və Mübariz Mənsimovun şəxsi vəkili Fateh Turhan Mübariz Mənsimov haqqında son günlər yayılan xəbərlərlə bağlı açıqlama veriblər.

Muxalifet.az xəbər verir ki, açıqlamada deyilir:

“Şirkətimizin bir müddət əvvəl əvvəl verdiyi açıqlamalarında deyildiyi kimi, “Palmali” Şirkətlər Qrupunun qurucusu Mübariz Qurbanoğlu yalan iddialar nəticəsində böyük haqsızlıqla üzləşib. Cənab Qurbanoğluna qarşı başladılan istintaq Məhkəmə mərhələsinə keçdi. Bu günə kimi bəzi media qurumlarının yayın orqanlarında Mübariz Qurbanoğlu ilə əlaqədar mücərrəd və yalan şahid ifadələrindən ibarət məqsədli şəkildə xəbərlərin verildiyi müşahidə edildi. Media yayın orqanlarının xəbərlərində Qurbanoğlu tərəfindən guya Türkiyə Respublikasının Prezidenti Hörmətli Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi bütün söz və ifadələr təhrif edilmiş fikirlərə əsaslanıb və həqiqəti əks etdirmir.

Təqsiri sübut edilməyincə, heç kim günahkar sayıla bilməz və hər kəsin ədalətli məhkəmə dartışması hüququna malik olduğu şübhəsizdir. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, cənab Qurbanoğlu haqqında davam edən məhkəmə prosesinə qəsdən təsir göstərmək məqsədi daşıyan, saxta şahid ifadələrinin gerçək kimi təqdim edildiyi bu cür məqsədli və insan haqlarına zərbə vuran xəbərlərə etibar edilməməsinin zəruriliyini, hörmətli Qurbanoğlunun davam edən hüquqi proses zamanı günahsız olmasının sübuta yetiriləcəyinə dair inanımımızın tam olduğunu ictimaiyyətin diqqətinə çatdırırıq.”

Mübariz Mənsimovun şəxsi vəkili Fateh Turhan isə açıqlamasında bunları bildirib:

“Hüquqlarını müdafiə etdiyim Mübariz Qurbanoğluna qarşı irəli sürülən iddianamə cavabdeh olan məhkəmə tərəfindən qiymətləndirmə mərhələsindədir və istintaqdakı məxfilik qərarı ləğv olunmasa da, 12.06.2020-ci il tarixindən bəri bəzi media orqanlarında Mübariz Qurbanoğlu haqqında əsassız və iftira dolu şahid ifadələrinin gerçək kimi xəbər başlıqlarına çıxarılması məhkəməyə təzyiq göstərmək və ictimaiyyəti çaşdırmaq məqsədini daşıdığını görürük.

Bəzi media orqanlarının mətbuat azadlığı ilə uzlaşmayan və istintaqın məxfiliyini pozan bu yanaşma müvəkkilimin etibarını zədələməyə yönəlmiş təzyiq əməliyyatının və ona qarşı qurulmuş böhtan kampaniyasının davam etdiyini göstərir.

Bu səbəbdən müvəkkilim haqqında bir sıra media orqanlarında bu tip xəbərlərə inanılmamasının vacibliyini bildirərək ictimaiyyətə hörmətimi ifadə edirəm.”