MTN-in keçmiş idarə rəisi dünyasını dəyişdi
13-01-2016 11:19

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri əməkdaşı və veteranı Xaqani Bağırov dünyasını dəyişib.
“Report” xəbər verir ki, X.Bağırov bir müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) arxivinin rəisi işləyib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.