“Məni həbs edə bilərlər söhbəti tam cəfəngiyatdır” – SAAKAŞVİLİ

“Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mixail Saakaşvili Ukrayna iqtisadiyyatın və mövcud hakimiyyətin dağılması prosesinin getdiyini bəyan edib.
Avropa.info xəbər verir ki, Saakaşvili Ukraynada baş verənləri Şevarnadzenin dövründə baş verənlərlə müqayisə edib.
“Məni bu günlərdə Kiyevdə həbs edə bilərlər söhbəti tam cəfəngiyatdır. Onların buna nə gücləri var, nə də icraçıları. Bu gün Ukraynada iqtisadiyyatın və mövcud hakimiyyətin aktiv şəkildə dağılması prosesi gedir. Eynən Şevarnadze dövründə Gürcüstan dövründə baş verənlər kimi” – Saakaşvili belə deyib.
Saakaşvilinin sözlərinə görə onu oğurlayıb Gürcüstana apara bilirlər. Belə ki, onun vətənə ekstradisiyası üçün Kiyevin qanuni əsasları yoxdur. Saakaşvili bu baş verəcəyi halda xalqın Ukraynadakı hakimiyyəti devirəcəyini bildirib.
Xatırladaq ki, 28 oktyabrda Ukrayna baş prokuroru Yuri Lutsenko Saakaşvilinin həbsi və Gürcüstana ekstradisiyası haqda sənədlərin hazırlandığını demişdi.