Məmmədyarov Çavuşoğlu ilə görüşüb
29-10-2018 12:04
Baxış sayı:
4513

İstanbulda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub.
Muxalifet.az AzərTAc-a istinadən xəbər verir ki, nazirlərin görüşü İstanbulun tarixi Dolmabaxça sarayında təşkil edilib.
Qeyd edək ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin VII görüşü keçiriləcək.