Minik avtomobilləri daşıyan "TIR" AŞDI - AVTOMOBİLLƏR YOLA ÇIRPILDI - VİDEO

Baxış sayı:
5530

Gürcüstandan Bakıya hərəkət edən yük avtomobili aşıb. Bu gün günorta saatlarında minik avtomobilləri daşıyan qoşqulu yük avtomobili Yevlax rayonunun Nemətabad kəndi ərazisində aşıb. Nəticədə yük avtomobilinin sürücüsü ağır xəsarətlər alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yük avtomobilində olan minik avtomobilləri isə yararsız hala düşüb. “Tır” markalı yük avtomobilinin aşması nəticəsində Bakı-Qazax avtomobil yolunda tıxac yaranıb. Magistral yolun bir saata yaxın bağlandığı bildirilir./a24.az/