Millimizin oyunu təxirə salına bilər - Farer adaları
11-10-2018 22:28
Baxış sayı:
4660

Farer adaları və Azərbaycanın futbol yığmaları arasındakı UEFA Millətlər Liqası matçı təxirə salına bilər.
Muxalifet.az-ın report-a istinadən verdiyi məlumata görə, səbəb "Torsvollur" arenasının dumana bürünməsidir.
Hazırda Farer adalarının paytaxtında çiskinli hava hökm sürür.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.