MEY-dən PUTİNƏ MESAJ: “NƏ ETDİYİNİ BİLİRİK, BACARMAYACAQSAN”

Rusiyanı beynəlxalq nizamı təhdid etməkdə günahlandıran İngiltərə baş naziri Tereza Mey, "nə etdiyini bilirik və uğurlu olmayacaqsan" – deyə, Putinə mesaj göndərib.
 
İngiltərənin baş naziri Tereza Mey, Rusiyanın gördüyü işlərin "miqyası və təbiətini" tənqid edərək, beynəlxalq nizamı təhdid etdiyini söyləyib.
Rusiyanın son illərdə Qərb təşkilatlarının fəaliyyətini iflic etmək üçün gördüyü işləri dilə gətirən Mey, "Rusiya üçün çox sadə bir mesajım var. Nə etdiyini bilirik və uğurlu ola bilməyəcəksən. Çünki demokratiyamızın müqavimətini, azad və açıq cəmiyyətlərin dözümlü cazibəsini və biz Qərb ölkələrini müttəfiq olaraq bir-birinə bağlayan öhdəlikləri saya salmırsan" deyə, rəsmi Moskvanı tənqid edib.
Mey bu təpkini xüsusi bir vəziyyət üçün deyil, dünya miqyasında bir çox kəşfiyyat xidmətlərinin Rusiyanın Qərb siyasətinə müdaxilə etdiyinə dair konkret dəlillərə əsasən verib.
Müxalifət.az