Merkel Putinə rusca sual verdi: Paltonuz haranındır?
29-10-2018 08:27
Baxış sayı:
4537

Merkel, İstanbuldakı Suriya zirvəsi əsnasında Rusiyanın prezidenti Vladimir Putindən paltosunun mənşəyini rusca soruşub.
Almaniyanın baş naziri Angela Merkel, paltosunun düymələrini bağlayan Putindən, “Paltonuz Sibir istehsalıdır” deyə rus dilində soruşub, gülümsəyən Rusiya lideri, "Xeyr” cavab verib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin, prezident Rəcəb Tayyib Ərdoğan, Almaniyanın baş naziri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron 2011-ci ilin mart ayından etibarən davam edən Suriya böhranını müzakirə etmək üçün İstanbulda bir araya gəlib.
Müxalifət.az