Mahmud Abbas İsraillə danışıqlara başlamağa hazır olduğunu bildirib

Baxış sayı:
2242

Fələstin rəhbəri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Fələstin rəhbərliyinin beynəlxalq vasitəçilərin – “dördlüyün” himayəsi altında İsrail ilə yenidən danışıqlara başlamağa hazır olduğunu bildirib.

"RİA Novosti" xəbər verir ki, bu barədə “VAFA” Fələstin xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Kremlin mətbuat xidməti daha əvvəl Rusiya liderinin İsrail-Fələstin münaqişəsinin ədalətli həllini dəstəklədiyini bildirib./apa