Maduro çevriliş planını açıqladı

Baxış sayı:
6781

Venesuela prezidenti Nikolas Maduro ordudan fərarilik edən Venesuelalı keçmiş əsgərlərin Kolumbiyada çevriliş hazırlığı etməklə günahlandırıb. Maduro, "Ordudan ayrılanlar Kolumbiya oliqarxiyasının pullu əsgərlərinə çevrildi və ordunu parçalamaq üçün Kolumbiyadan sui-qəsd planı qururlar" - deyib.
 
 56 yaşlı Maduro Karakasdakı prezident sarayında çəkilən bir video ilə Amerika xalqına da müraciət edib. Tramp rəhbərliyinin onu devirmək istədiyini deyən Maduro, Latın Amerikada daha bir Vyetnamın yaranmasını əngəlləmək üçün Amerikalıların yardımını istəyib.
Rus xəbər agentliyi RIA Novosti-yə də açıqlama verən Maduro, "Trampın məni öldürmək üçün əmr verdiyinə dair şübhə yoxdur. Kolumbiya hökumətinə və Kolumbiya mafiyasına məni öldürməsini əmr edib" deyib.. İqtidarın ən ciddi siyasi böhranı ilə qarşı-qarşıya olan Maduro, həmçinin ABŞ-ın məqsədinin dünyanın ən böyük neft ehtiyatlarına malik olan ölkəsinin neftinə sahib çıxmaq olduğunu bildirib.
Müxalifət.az