​Maasdan Vaşinqtona vacib səfər

Baxış sayı:
10042

Almaniyanın Xarici İşlər naziri Hayko Maas Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşəcək.
Görüş zamanı XİN rəhbərləri Yaxın və orta mənzilli raketlərin ləğvi ilə bağlı razılaşma ətrafında vəziyyəti müzakirə edəcəklər.
“XİN rəhbəri Maas 23 yanvarda ABŞ-a səfər edəcək. Səfər çərçivəsində Vaşinqton və Nyu Yorkda görüşlər keçiriləcək”, - Almaniya XİN-dən bildirilib.
Pompeo-Maas görüşündə həmçinin Suriya məsələsinin müzakirəsi gözlənilir./Axar.az