Əli Kərimli MÜHACİRƏT BİZNESİ İLƏ BAĞLI dindirildi
21-04-2017 18:10

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.
Partiya sədri bu barədə özünün feysbuk səhifəsində məlumat verib.
Qeyd edək ki, Ə.Kərimli Azərbaycandan mühacirət etmək üçün bəzi şəxslərə AXCP adından partiya bileti satıldığı iddiaları ilə bağlı ifadə verib. Bu iş üzrə AXCP sədrinin müavini Gözəl Bayramlı da dünən ifadə verib.