“Lester Siti”nin sahibi helikopter qəzasında ölüb

Baxış sayı:
4135

İngiltərənin “Lester Siti” klubunun sahibi, tanınmış iş adamı Vişay Şrivaddanaprabha helikopter qəzasında həlak olub.
Bu barədə klubun yaydığı rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, 60 yaşlı iş adamı şənbə günü ona məxsus helikopterin qəzaya düşməsi nəticəsində ölüb. Onunla birlikdə helikopterdə olan 4 nəfərin də öldüyü təsdiqlənib. Həmin şəxslərin kimliyi açıqlanmayıb.

Məlumata görə, helikopter idarəetməni itirərək “Kinq Pauer” stadionu yaxınlığında yerə çırpılıb. Daha sonra helikopter yanmağa başlayıb. Qəza “Lester Siti” – “Vest Hem” oyunundan sonra baş verib.
Xatırladaq ki, Vişay Şrivaddanaprabha 2011-ci ildən “Lester Siti” klubunun sahibi idi.