Koronavirusla mübarizədə İsveç strategiyası - ÜST BÜTÜN ÖLKƏLƏRƏ NÜMUNƏ GƏTİRDİ...

Baxış sayı:
1969

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarro hesab edir ki, ölkələr epidemiya zamanı yumşaq məhdudiyyətlər qəbul etməlidirlər.

“Magic” radiosuna müsahibəsi zamanı o, qeyd edib ki, səlahiyyətlilərlə əhali arasındakı inamın açarı COVID-19-u məğlub etməkdir.

Nabarronun sözlərinə görə, koronavirus pandemiyasına qarşı mübarizənin bir hissəsi kimi İsveçin yumşaq məhdudiyyətlər tətbiq etmə strategiyası uzun müddətdə digər ölkələr üçün bir model olmalıdır:

“İsveçdə hökumət xalqa, xalq da hökumətə etibar edə bildi”.