Kəlbəcərdən Ermənistana gedən yol ordumuzun nəzarətində - ERMƏNİLƏR YOLUN BAĞLANDIĞINI ETİRAF ETDİ
25-10-2020 17:04
Baxış sayı:
1529
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində işğal olunmuş Kəlbəcərdən Ermənistana gedən yol Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.
Virtualaz.org bildirir ki, Ermənistan FHN-i Azərbaycanın işğal olunmuş rayonundan Ermənistana gedən yolda gediş-gəlişin dayandırıldığı barədə məlumat yayıb.
Məlumatda göstərilir ki, yol təhlükəsizlik səbəbindən bağlıdır.