​Kişi polisə müraciət etdi: "Arvadım itkin düşüb" - Bakıda

Baxış sayı:
2863

Bakıda qadın itkin düşüb.
Bu barədə paytaxtın Nizami rayonunda yaşayan Qurbanov Cavid Möhtəşəm oğlu Nizami rayon Polis İdarəsinin (RPİ) 24-cü polis bölməsinə ərizə ilə müraciət edib.
Müraciətdə bildirilir ki, onunla birgə yaşayan həyat yoldaşı, 1976-cı il təvəllüdlü Qurbanova İlahə Əlövsət qızı sentyabrın 4-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nizami RPİ-nin 24-cü polis bölməsində araşdırma aparılır.