​Keçmiş rəis müavini pulsuzluqdan gileyləndi – “Pul yoxdursa necə edək? ”

Baxış sayı:
10021

Daha bir federasiya maddi problemlərlə üz-üzə qalıb. 
Azərbaycan Motosiklet İdmanı Federasiyası maddi problemlər üzündən bu idmanı inkişaf etdirə bilmir. Hətta federasiya bu idman növünə yazılmaq istəyən xanımları geri çevirir.
AMİF-in prezidenti Kür Səfərəliyev Unikal.org-a açıqlamasında maddi durumlarının çox zəif olduğunu təsdiqləyiblər:
"Federasiyamız 2002-ci ildən rəsmi olaraq qeydiyyatdan keçib. Yığma komandamız da var, yarışlara gedirik.
Düzdür, qadınlar da bu idmana maraq göstərir. Amma bizim maddi durumumuz buna imkan vermir. Texnikalar bahadır. Əlimizdə olan texnikalar da çox az olduğu üçün idmançıları təmin edə bilmirik.
Hətta bölgələrdə də bu idmanı inkişaf etdirə bilməmişik. Motosiklet idmanı ilə bağlı bölgələrdə heç nə yoxdur. Hamımız Bakıda toplaşmışıq. Səbəbi maddiyatdır. Hər şey maddiyatla bağlıdır, pul yoxdursa necə edək? Hələ illər sonra ilk dəfə bu yaxınlarda öz trasımızı yığa bilmişik. Ona qədər orada-burada, məşq etməyə çalışırdıq”.
Qeyd edək ki, Kür Səfərəliyev Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəis müavini olub, 2015-ci ildə təqaüdə çıxıb. O 1980-ci ildə motodromun rəisi olub./unikal.org/