Keçmiş müşavir Con Bolton Trampı ifşa edir – PREZİDENT İSƏ ONA “BALVAN” DEYİR…

Baxış sayı:
790

ABŞ-da prezidentin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun yeni çapdan çıxan memuarı Trampı bərk qəzəbləndirib. O, bildirib ki, Bolton 2019-cu ildə işdən çıxarıldığına görə qisas alır. “Boltonun kitabı yalan və uydurma əhvalatlardan ibarətdir, məni pis qələmə verməyə yönəlib. Onun mənim adıma çıxdığı əksər axmaq bəyanatları mən heç vaxt səsləndirməmişəm, büsbütün uydurmadır. O, sadəcə olaraq işdən azad edilməsinin qisasını alır”,-Tramp özünün Twitter bloqunda yazıb.

Daha əvvəl isə Tramp öz keçmiş müşavirini, Amerika xarici siyasətinin “qırğılarından” birini “balvan” (kütbeyin, axmaq)  adlandırmışdı.

“Nə qədər ki, mən onu azad etməmişdim, haqqımda mətbuatda ancaq yaxşı şeylər danışırdı. İncimiş darıxdırıcı axmaqdır, ancaq bir məqsədi vardı-müharibə başlatmaq. Heç nə qanmırdı və mənim tərəfimdən məmnunluqla işdən azad edildi. Bu nə “bolvandır” belə!”,-Amerika lideri yazıb.

İki gün əvvəl aparıcı Amerika KİV-ləri, o cümlədən “The Washington Post”, “The New York Times” və  “The Wall Street Journal” qəzetləri Boltonun “Bunların baş verdiyi otaq: Ağ evin memuarları” adlı kitabından seçmələri dərc edib. Kitabda Bolton Trampı idarəçilikdən başı çıxmayan, geosiyasətlə maraqlanmayan və asan manipulyasiya edilə bilən adam kimi xarakterizə edir. Müəllif yazır ki, Tramp ABŞ prezidenti olmaq qabiliyyətində deyil və Rusiya prezidenti Vladimir Putin onu heç də ciddi rəqib saymır.

Bolton bildirir ki, Trampın bütün fikri 2020-ci ildə yenidən prezident seçilməyə hesablanıb. Məsələn, o 2019-cu ildə Çin lideri Si Tszinpindən xahiş edib ki, yenidən ABŞ prezidenti seçilməkdə ona kömək etsin. Kitabda deyildiyinə görə, Tramp həmişə şəxsi söhbətlərdə Rusiyaya qarşı sanksiyalardan gileylənib. ABŞ prezidenti bu tədbirlərə görə “uzun müddət deyinib və şikayətlənib”.

Məsələn, Londonda keçmiş QRU zabiti Sergey Skripalın və qızının zəhərlənməsinə görə Moskvaya qarşı sanksiyalar tətbiq ediləndə Tramp dövlət katibi Mayk Pompeoya tapşırıb ki, Lavrova zəng vursun. Desin ki, bu sanksiyaları “hansısa bürokratlar” tətbiq edib.

Bundan əlavə, Bolton yazır ki, Tramp Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsinin 10 illiyi ilə bağlı tənqidi bəyanatın qəbul edilməsini bloklayıb. Habelə o, doğrudan da Ukraynaya ayrılan hərbi yardımı Co Bayden haqda kompromat almaq şərti ilə ləngidib. Habelə keçmiş müşavir Trampın Şimali Koreya lideri Kim Çen Ina münasibətinə görə dövlət katibi Mayk Pompeo ondan narazı idi və hətta istefaya getməyə hazırlaşırdı. Bolton Trampın Venesuelaya hərbi müdaxiləni nəzərdən keçirdiyini də öz kitabında yazır./virtualaz.org