Jirinovski Türkiyə ilə aviaəlaqələrin təcili dayandırılmasını təklif etdi - FOTO

Baxış sayı:
1158

Türkiyə ilə aviaəlaqələri təcili şəkildə dayandırmaq lazımdır. Ən azı orada yoluxma sayı azalana kimi...

Bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski özünün “Telegram” səhifəsində yazıb.

Millət vəkili bu addımı Türkiyədəki pandemik vəziyyətlə əsaslandırıb.

RLDP sədri bildirib ki, əgər bu barədə qərar qəbul edilməzsə, Türkiyədən geri qayıdan turistlər Rusiyada da yoluxma sayının artmasına səbəb olacaqlar./virtualaz.org